14:35 25 May 2018
Canlı yayım
Donald Tramp

Tramp Paşinyana məktub yazdı: "Qarabağ münaqişəsinin həlli..."

© AFP 2018 / NICHOLAS KAMM
QARABAĞ
Qısa URL
514 0 0

ABŞ prezidenti: "Bu faktor iki ölkə arasında münasibətlərin inkişafına və Ermənistanın parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verə bilər"

BAKI, 16 may — Sputnik. ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda ticarət əlaqələrinin inkişaf etdirilməsinə və demokratiya institutlarının möhkəmləndirilməsinə ümid etdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyinin yaydığı məlumatda bildirilir.

"Sizi seçilməyiniz münasibətilə təbrik edirəm. Ticarət əlaqələrinin inkişafı, demokratik institutlarının möhkəmləndirilməsi və regional təhlükəsizlik də daxil olmaqla qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edəcəyimizi gözləyirik", — deyə Trampın göndərdiyi məktubda qeyd olunur.

ABŞ prezidentinin sözlərinə görə, korrupsiya ilə mübarizədə inkişaf, siyasi partiyaların birləşməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli iki ölkə arasında münasibətlərin inkişafına və Ermənistanın parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verə bilər.

Əlaqədar

Ermənistanda qalmaqal: Paşinyan seçkiqabağı vədinə əməl etməkdən boyun qaçırdı
Paşinyan Putinlə görüşün sirlərini açdı
Gözlənilən görüş baş tutdu, Putin Paşinyanla bağlı mövqeyini açıqladı
Müdafiə naziri Nikol Paşinyanın cavabını verdi: "Azərbaycan ordusu..."
Teqlər:
Nikol Paşinyan, Donald Tramp, Ermənistan, ABŞ, baş nazir, prezident

Əsas mövzular