BAKI, 16 may — Sputnik. ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda ticarət əlaqələrinin inkişaf etdirilməsinə və demokratiya institutlarının möhkəmləndirilməsinə ümid etdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyinin yaydığı məlumatda bildirilir.
"Sizi seçilməyiniz münasibətilə təbrik edirəm. Ticarət əlaqələrinin inkişafı, demokratik institutlarının möhkəmləndirilməsi və regional təhlükəsizlik də daxil olmaqla qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edəcəyimizi gözləyirik", — deyə Trampın göndərdiyi məktubda qeyd olunur.
ABŞ prezidentinin sözlərinə görə, korrupsiya ilə mübarizədə inkişaf, siyasi partiyaların birləşməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli iki ölkə arasında münasibətlərin inkişafına və Ermənistanın parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verə bilər.