16:12 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
QARABAĞ
Qısa URL
13901

MN: Ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları görünür

BAKI, 23 oktyabr — Sputnik. "Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan "Spayk" raket kompleksləri görünür".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən açıqlama verilib. "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür" — nazirlikdən bildirilib.

MN-dən o da qeyd olunub ki, aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi: "İndi də ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır".

Əlaqədar

Ermənistan ordusu iki hərbçisini itirdi
Bakıda avtomobilin üzərindəki emblem Ermənistan bayrağı imiş - Rəsmi
Ermənistan hərbçisi xidmət yoldaşını güllələyib
Ermənistan vəziyyəti gərginləşdirməkdə davam edir
Ermənistan ordusu növbəti dəfə itki verib
Teqlər:
MN, Müdafiə Nazirliyi, Ermənistan, Azərbaycan

Əsas mövzular