BAKI, 23 oktyabr — Sputnik. "Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan "Spayk" raket kompleksləri görünür".
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən açıqlama verilib. "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür" — nazirlikdən bildirilib.
MN-dən o da qeyd olunub ki, aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi: "İndi də ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır".