22:02 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
QARABAĞ
Qısa URL
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)
1196 0 0

Soydaşlarımız artıq lazımi orqanları məlumatlandırıblar

BAKI, 6 iyul — Sputnik. Niderland Krallığında yaşayan azərbaycanlılar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiyada "Ermənistan, təcavüzə son qoy!", "Uşaq qatiləri cəzasız qalmasın", "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir" kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq. Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

Qeyd edək ki, artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

Mövzu:
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)

Əlaqədar

Litvada Azərbaycanla bağlı təxribatın qarşısı alınıb
Mehriban Əliyeva balaca Zəhranın ölümünə münasibət bildirdi
ABŞ-dan Sarkisyana sərt məktub
Cəbhədə həyəcan səngimir
Erməni tərəfi Alxanlıda dinc insanların yaşadığını bilirdi
Teqlər:
azərbaycanlılar, Niderland Krallığı, etiraz aksiyası, Ermənistan, Azərbaycan

Əsas mövzular