QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlılar Hollandiyada etiraza qalxacaqlar

© Photo : diaspora.gov.azAzərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib
Azərbaycan diaporu Parisdə Ermənistan Prezidentinin Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Soydaşlarımız artıq lazımi orqanları məlumatlandırıblar

BAKI, 6 iyul — Sputnik. Niderland Krallığında yaşayan azərbaycanlılar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiyada "Ermənistan, təcavüzə son qoy!", "Uşaq qatiləri cəzasız qalmasın", "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir" kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq. Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

Qeyd edək ki, artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

Xəbər lenti
0