11:57 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
QARABAĞ
Qısa URL
252

Ukrayna XİN: "Referendum Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir"

BAKI, 22 fev — Sputnik. Ukrayna 20 fevral 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "konstitusiya referendumu"nu tanımır və onu qeyri-legitim hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Referendum" Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir və heç bir hüquqi nəticə kəsb etmir. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir" — Ukrayna XİN-in mətbuat katibi Maryana Betsanın şərhində deyilir.

Əlaqədar

Millət vəkili: "Bu “referendum” beynəlxalq hüquqa qarşı hörmətsizlikdir"
Türkiyə "DQR"də keçiriləcək "referendum"u tanımayacaq
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağdakı referendum, Ukrayna XİN, Maryana Betsa, Ukrayna, Dağlıq Qarabağ, Ermənistan

Əsas mövzular