QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN: Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma "referendum"u tanımır

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidUkrayna Xarici İşlər Nazirliyi
Ukrayna Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna XİN: "Referendum Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir"

BAKI, 22 fev — Sputnik. Ukrayna 20 fevral 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "konstitusiya referendumu"nu tanımır və onu qeyri-legitim hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Referendum" Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir və heç bir hüquqi nəticə kəsb etmir. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir" — Ukrayna XİN-in mətbuat katibi Maryana Betsanın şərhində deyilir.

Xəbər lenti
0