10:00 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

İlham Əliyev Polşada Qarabağ məsələsini müzakirə edib

© Foto: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
QARABAĞ
Qısa URL
901

Yens Stoltenberq: NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsi də qeyd ediləcək.

BAKI, 8 iyul-Sputnik. Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Sputnik-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İlham Əliyev NATO sammitində iştirak etmək üçün Polşaya gedib.

NATO baş katibi Yens Stoltenberq media nümayəndələrinin suallarını cavablandırarkən deyib ki, NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsi də qeyd ediləcək:

"Mesaj odur ki, bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırırıq. Münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik."

Əlaqədar

"Guya Rusiya Minsk qrupunu danışıqlar prosesindən uzaqlaşdırmaq istəyir"
“Minsk Qrupunun Qarabağ problemini 25 il ərzində nizamlaya bilməməsini anlamıram”
ATƏT-in Minsk Qrupu Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb
Minsk Qrupunun üçüncü həmsədri hanı?
Minsk qrupunun görüşü gedərkən Xankəndində pirotexnika partladıblar
Teqlər:
Anji Kasprşik, Yens Stoltenberq, ATƏT, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik, NATO, ATƏT-in Minsk qrupu, İlham Əliyev, həmsədrlər

Əsas mövzular