19:19 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Putin və Obama

Rusiya və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

© Sputnik / Сергей Гунеев
QARABAĞ
Qısa URL
1701

Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb

BAKI, 6 iyul — Sputnik. Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.

Məlumata görə, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib. Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb.

"Vladimir Putin vurğulayıb ki, Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib", məlumatda deyilir.

Əlaqədar

Vladimir Putin: Barak Obama ləyaqətli insandır
Olland Putin və Obama ilə görüşəcək
Putin, yoxsa Obama?
Obama və Putin 2 saat nəyi müzakirə etdilər?
Vladimir Putin Nyu Yorkda Barak Obama ilə danışıqlar aparacaq
Vladimir Putin Barak Obamaya teleqram vurub
Teqlər:
Kreml, Vladimir Putin, Dağlıq Qarabağ, Rusiya, Barak Obama, ABŞ

Əsas mövzular