QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni hərbçiləri 3 rayonumuzu atəşə tutublar

© REUTERS / Zulfiya SafkhanovaAzərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 144 dəfə atəş zərbəsi endirib

BAKI, 11 may — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 142 dəfə pozub.

В селе Аскипара был обнаружен неразорвавшийся фосфорный артиллерийский снаряд калибра 122 мм - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tərtərdə düşmənin atdığı qadağan olunmuş fosforlu mərmi aşkarlanıb

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 144 dəfə atəş zərbəsi endirib.

Xəbər lenti
0