QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

© AFP 2023 / JOHN MACDOUGALL Cəbhə xəttində ATƏT-in monitorinqi
Cəbhə xəttində ATƏT-in monitorinqi - Sputnik Azərbaycan
Abunə olmaq
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə Xristo Xristov, Saymon Tiller və Günter Baxler, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisində isə Anjey Kasprşik, Piter Svedberq və Tomas Lenk keçirəcək

BAKI, 10 may — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Tərtər rayonunda monitorinq. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Təmas xəttində monitorinq keçiriləcək

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçisi Piter Svedberq və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinə birbaşa məsul olan nümayəndəsi Tomas Lenk keçirəcəklər.

Xəbər lenti
0