2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sahəsində ixracı 1,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1%-dən çoxdur. Eyni zamanda, bu ilin ilk altı ayında Rusiyaya 403,8 milyon dollar məbləğində qeyri-neft sektoru malları ixrac olunub.
Qeyri-neft sektorunun əsas idxalçı ölkələri
2021-ci ilin iyun ayında Rusiya qeyri-neft sektoru məhsullarının ən böyük idxalçısına çevrildi: Rusiya Federasiyasına 124,4 milyon dollar məbləğində Azərbaycan məhsulları göndərilib. Bu siyahıda ikinci yeri Türkiyə tutub (54,5 milyon dollar). Həcmi 26,5 milyon dollar olan İsveçrə isə qeyri-neft idxalçılarının üçlüyünə daxil olub.
2021-ci ilin yanvar-iyun aylarında qeyri-neft ixracında ərzaq məhsullarının payı 29,8% təşkil edib.
Ümumiyyətlə, 2021-ci ilin altı ayı ərzində Azərbaycan 357,5 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edib və ötən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 0,3% artıb.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında izləyə bilərsiniz.