Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Sağalmayan yaramız: ekoloji fəlakətlər

Abunə olmaq
Məişət tullantılarının düzgün utilizasiyası planetdə ekoloji fələkətdən qaçmağa imkan verir. Utilizasiya üçün vaxtında çeşidlənməyən müxtəlif növ tullantıların parçalanması üçün nə qədər zamanın tələb olunması haqda Sputnik Azərbaycan-ın infoqrafikasında.

Bakının hər bir sakini orta hesabla ildə 350 kq məişət tullantısı atır. Zibil qalaqları durmadan çoxalır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2020-ci ildə azərbaycanlılar 2019-cu ilə nisbətən 6.4% çox zibil atıblar. Zibillərin isə 67.4%-ni bərk məişət, 32.6%-ni sənaye tullantıları təşkil edir.

Ötən il ərzində bərk məişət tullantılarından 2350 min tonu və ya 74.5%-i sonrakı utilizasiya üçün poliqonlara daşınıb. Qalan 25%-dən elektrik enerjisinin alınmasında istifadə edilib.

Zibil emalı zavodlarının olmasına rəğmən, ölkədə zibillərin çeşidlənməsi problemi aktual olaraq qalır. Şəhər hakimiyyəti ikinci ildir ki, sakinləri öz zibillərini çeşidləməyə alışdırır. Öncə üzvi və qeyri-üzvi zibillərin ayırd edilməsi üçün iki rəngdə konteynerlər aldılar. Sonra könüllülər sakinlərə məişət tullantılarının ilkin çeşidlənməsini öyrətdilər. 

Bu nə üçün lazımdır?

Hər bir əşyanın torpaqda müəyyən çürümə dövrü var. Gələcək nəsillərimiz də torpaq üzərində yaşıl otlar, ağaclar görə bilsinlər deyə tullantıları elə bu gün düzgün çeşidləməyi öyrənmək lazımdır. Məsələn, bir plastik butulkanın tam çürüməsi 450 il çəkir. Təkrar emal isə ətraf mühitin çirklənməsi problemini aradan qaldıra bilər. 

Sputnik Azərbaycan hər kəsi ekologiya problemləri haqda düşündürəcək infoqrafika ilə tanış olmağı təklif edir.

Xəbər lenti
0