07:41 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© Sputnik / Elnur Salayev

Qələbəmizdən ruhlanan Cəbiş müəllim əslən Qarabağlı dahi şəxsiyyətlər haqqında məlumat verməyə davam edir.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaradıb. Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib. Cəbiş müəllimin bugünkü qəhrəmanı əslən Şuşadan olan əfsanəvi maestro, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazidir.

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci ildə Tbilisidə, dövrünün məşhur bəstəkarlarından olan Zülfüqar Tağızadənin ailəsində dünyaya göz açıb. O, əslən Şuşadan olub.

Dirijorluq fəaliyyəti Niyaziyə dünya şöhrəti qazandırıb. Bununla yanaşı, o, həm də gözəl bəstəkar olub. Maestronun ən məşhur əsərləri arasında "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası və "Çitra" baleti yer alır.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına, orden və medallara layiq görülüb. Onun adı görkəmli dirijor və bəstəkar, musiqiçi və ictimai xadim kimi Azərbaycan tarixinə əbədi yazılıb.

Digər videolar

Əsas mövzular