01:46 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
© Sputnik / Elnur Salayev

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Novruz və onun atributları barədə geniş məlumat əks olunub.

Novruz yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayramın kökləri insanın yazılı tarixindən çox-çox əvvəllərə gedib çıxsa da, zərdüştiliyin rəsmi dini bayramı statusunu Əhəmənilər imperiyası dövründə alıb. Bu bayram Türk və İran xalqları arasında yaz gecə-gündüz bərabərliyi günlərində qeyd olunur. Yaxın Şərq xalqları Novruzu ərəblərin işğalından, İslamın yayılmasından çox-çox əvvəl qeyd ediblər və indi də sevə-sevə qeyd edirlər.

Novruz 2009-cu ilin 30 sentyabrında UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası mart ayının 21-ni "Beynəlxalq Novruz Günü" elan edib.

Bu bayramın əsas simvolları ənənəvi şirniyyatlarda - şəkərbura, paxlava və qoğalda yaşadılır. Səməni və boyanmış yumurta isə bayramın vazkeçilməz atributlarıdır. Şəkərbura təzə ayın, paxlava ulduzların, qoğal isə günəşin rəmzidir.

İnanca görə, azərbaycanlıların bayram süfrəsində bu dildə s hərfi ilə başlayan yeddi məhsul olmalıdır. Novruz və onun atributları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

 

Digər infoqrafikalar

  • İnfoqrafika: İpoteka kreditləri
    Last update: 17:35 13.04.2021
    17:35 13.04.2021

    Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

    İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.

    51
  • Last update: 11:00 09.04.2021
    11:00 09.04.2021

    Qədim musiqi alətləri - Nəfəs alətləri

    Azərbaycanımızın qədim milli musiqi alətləri arasında nəfəs musiqi alətləri də özünəməxsus yer tutur.

    1627
  • İnfoqrafika: ƏDV geri al layihəsi haqqında istimaiyyətin fikri
    Last update: 16:47 05.04.2021
    16:47 05.04.2021

    Azərbaycanda qaytarılan ƏDV-dən necə istifadə olunur

    Ölkədə bonus kartlardan istifadə və nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə həyata keçirilən layihələr geniş vüsət alır. Bəs insanlar bu cür yeniliklərdən daha çox hansı məqsədlə istifadə edirlər?

    708
  • İnfoqrafika: Ramazan ayı təqvim 2021
    Last update: 15:56 01.04.2021
    15:56 01.04.2021

    Ramazan ayının təqvimi

    Bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq. Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında Ramazan təqvimi ilə tanış ola bilərsiniz.

    45846

Əsas mövzular