Media Təhlil Mərkəzi Azərbaycanda abonentlərin təbii qaz, su və elektrik enerjisi ilə təchizatı səviyyəsindən nə dərəcədə razı olduqlarını müəyyənləşdirmək məqsədilə səkkiz yüzdən artıq respondent arasında sorğu keçirib.
Sorğu zamanı rəyi soruşulanların 40%-i "Azərişıq" ASC-nin göstərdiyi xidmətdən tamamilə razı olduğunu bildirib. Bununla belə, abonentlərin 28%-i elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yaranmasından narazılığını dilə gətirib. Abonentlərin 19,2 faizi isə elektrik enerjisinin keyfiyyətindən narazıdır. Eyni zamanda, 10,4% abonent sayğac göstəricilərinin doğru olmadığını düşünür.
Respondentlər "Azərsu" ASC-nin işinin keyfiyyəti ilə bağlı sualları da birmənalı şəkildə cavablandırmayıblar.
Qaz təchizatına gəlincə, demək olar ki, abonentlərin yarısı verilən qazın təzyiqindən narazı olduğunu bildirib. Respondentlərin 13,8%-i isə qaz sayğaclarının göstəricilərindən narazıdır.
Kommunal xidmətlərin keyfiyyəti ilə bağlı sorğunun nəticəsi daha geniş şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.