10:02 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
İnfoqrafika: Xaş - əsl kişilərin yeməyi
© Sputnik / Elnur Salayev

Qış vaxtının vazkeçilməz xörəyi, əlbəttə ki, xaşdır. Hazırlanmasına bütün gecə sərf olunan xaşı Azərbaycanda əsasən kişilər sevirlər.

Havalar soyuyan kimi Azərbaycan restoranlarında xaş mövsümü də başlayır. Bu isti yeməyi yalnız səhər saatlarında nuş eləmək adətdir. Axşamdan hazırlanan mal ayağı və dırnaqları səhərədək o qədər qaynayır ki, ət sümükdən ayrılır. Ona görə də elə axşamdan ocağın üstə qoyub, səhərçağı yemək daha rahatdır.

O, təkcə dadına görə deyil, faydasına görə də sevilir. Xüsusən sümük sınığı olanlara xaş yemək məsləhətdir.

Ölkəmizdə xaşın ən böyük həvəskarları kişilərdir. Əvvəllər, karantin olmayan vaxtlarda, onlar xaş sifarişini bir gün öncədən verərdilər. İndi isə restoranlar işləmədiyindən evdə hazırlamaq daha məqsədəuyğun görünür.

Əlbəttə, proses elə də asan deyil. Gərək qazanın da gen ola, hövsələn də.

Sputnik Azərbaycan milli mətbəximizin ənənəvi yeməyi, əsl kişi xörəyi adlandırılan xaşın addım-addım hazırlanma qaydasını sizinlə bölüşür.

Teqlər:
Azərbaycan mətbəxi, Azərbaycan, xaş

Digər infoqrafikalar

  • 2020-Cİ İL NECƏ KEÇDİ
    Last update: 11:30 25.01.2021
    11:30 25.01.2021

    2020-ci il Azərbaycan üçün necə yadda qaldı

    İnfoqrafika: 2020-Cİ İL NECƏ KEÇDİİnfoqrafika: 2020-Cİ İL NECƏ KEÇDİİnfoqrafika: 2020-Cİ İL NECƏ KEÇDİİnfoqrafika: 2020-Cİ İL NECƏ KEÇDİ https://az.sputniknews.ru/infographics/20210125/426041517/azerbaijan-covid-opros.html

    2559
  • İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
    Last update: 11:00 22.01.2021
    11:00 22.01.2021

    Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

    Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.

    207
  • Last update: 11:00 15.01.2021
    11:00 15.01.2021

    Ən sürətli internet kimdədir?

    Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.

    1018
  • İnfoqrafika: AVROPANIN ƏN GÜCLÜ ORDULARI – 2020
    Last update: 11:00 12.01.2021
    11:00 12.01.2021

    Avropada kimin ordusu daha güclüdür

    Sərəncamında ən təsirli hərbi qüvvələrin mövcud olduğu Avropa ölkələrinin xüsusi xəritəsi tərtib olunub.

    1904

Əsas mövzular