04:47 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
İnfoqrafika: Ermənistan SQ-nin məhv edilmiş hərbi texnikası
© Sputnik / Elnur Salayev

Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı başlayan gündən indiyə kimi düşmənin xeyli sayda hərbi texnikasını məhv edib.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğurla davam edir - düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsən özü Azərbaycan xalqına müraciətlərində döyüşlər zamanı Ermənistan SQ-nin məruz qaldığı hərbi itkilər barədə məlumatları səsləndirir.

Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının sayı günbəgün artır. Oktyabrın 20-də xalqa müraciət edən Azərbaycan lideri bildirib ki, düşmənin məhv edilmiş S-300 buraxılış qurğusunun sayı əvvəl xəbər verildiyi kimi iki deyil, dörd ədəd olub.

Rəsmi məlumatlara görə, bundan başqa, ermənilərin xeyli sayda hərbi sursatı – yüzlərlə tank, artilleriya qurğusu, nəqliyyat vasitələri, onlarla zenit-raket kompleksi və başqa hərbi texnikası sıradan çıxarılıb.

Ermənistan SQ-nin Qarabağda döyüş əməliyyatlarının başladığı gündən 23 oktyabr tarixinə qədər olan bütün itkiləri barədə məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
itkilər, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Digər infoqrafikalar

  • Last update: 11:00 15.01.2021
    11:00 15.01.2021

    Ən sürətli internet kimdədir?

    Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.

    950
  • İnfoqrafika: AVROPANIN ƏN GÜCLÜ ORDULARI – 2020
    Last update: 11:00 12.01.2021
    11:00 12.01.2021

    Avropada kimin ordusu daha güclüdür

    Sərəncamında ən təsirli hərbi qüvvələrin mövcud olduğu Avropa ölkələrinin xüsusi xəritəsi tərtib olunub.

    1890
  • İnfoqrafika: AZƏRBAYCANLILARIN QARABAĞDA ERMƏNİLƏRLƏ BİRGƏ YAŞAYIŞ İMKANLARINA MÜNASİBƏTİ
    Last update: 14:24 08.01.2021
    14:24 08.01.2021

    İki xalqın Qarabağda birgə yaşayışı mümkündürmü?

    Fikri öyrənilən azərbaycanlıların 60 faizindən çoxu belə hesab edir ki, Qarabağda ermənilərlə birgə yaşayış qeyri-realdır. Respondentlərin yalnız 4,8 faizi bunun yaxın gələcəkdə mümkün ola biləcəyini deyib.

    959
  • İnfoqrafika: Azərbaycanda 2021-ci ildə istirahət günləri və iş vaxtı normaları
    Last update: 11:25 05.01.2021
    11:25 05.01.2021

    Bu il nə qədər işləyəcəyik və nə qədər dincələcəyik

    Bu il qeyd olunacaq dövlət və dini bayramlar haqqında məlumatla Sputnik Azırbaycan-ın xüsusi infoqrafikasından tanış ola bilərsiniz.

    1387

Əsas mövzular