23:27 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Qəhrəman jurnalistlərimiz
© Sputnik / Elnur Salayev

Ölkəmizin şəhid, Milli Qəhrəman olan jurnalistləri haqda məlumatları Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında oxuya bilərsiniz

Bir gündə doğulub, bir gündə ölmədilər, ancaq hamısı Vətən üçün bir qəhrəman oldu.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Fuad oğlu Mustafayevin anadan olmasından 60 il ötür. Məhz Çingiz Mustafayevin Xocalı qətliamı haqqında çəkdiyi filmlə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Ümumilikdə Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib.

Bundan əlavə, Çingiz Mustafayevin əsasını qoyduğu "215 KL" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasına vasitəçi olub.

O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi yarasından həlak olub. Bundan bir neçə ay sonra Çingiz Mustafayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

1992-ci il noyabrın 6-da Prezident fərmanı ilə Ç.Mustafayevlə yanaşı, daha bir neçə jurnalistimiz bu yüksək ada layiq görüldü. Amma təəssüf ki, onların heç biri həyatda deyildi.

Ölkəmizin şəhid, Milli Qəhrəman olan jurnalistləri haqda məlumatları Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında oxuya bilərsiniz.

Digər infoqrafikalar

  • İnfoqrafika: Taksidən istifadə
    Last update: 17:15 18.09.2020
    17:15 18.09.2020

    Bakı sakinləri taksidən necə istifadə edirlər

    Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.

    16
  • İnfoqrafika: Yeni tədris ili
    Last update: 18:50 14.09.2020
    18:50 14.09.2020

    Azərbaycanda tədris prosesinin təşkili

    Azərbaycanda 4 mindən çox məktəb pandemiya dövründə məktəbliləri qəbul etməyə hazırlaşır. Təhsil müəssisələrinin qapısından ilk olaraq birinci sinif şagirdləri keçəcək.

    1142
  • İnfoqrafika: Elektromobillər və enerjitoplama stansiyaları
    Last update: 18:37 11.09.2020
    18:37 11.09.2020

    Elektromobillər: Azərbaycanda enerjiyükləmə stansiyaları

    Sputnik Azərbaycan-ın infoqrafikasında Azərbaycan Respublikasında elektromobillər və enerjiyükləmə stansiyaları ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

    42
  • İnfoqrafika: Məşğulluq və işsizlik
    Last update: 16:44 09.09.2020
    16:44 09.09.2020

    Azərbaycanda məşğulluq və işsizlik

    Sputnik Azərbaycan-ın infoqrafikasında Azərbaycanın əmək bazarındakı vəziyyətlə ətraflı tanış olmaq mümkündür

    3117

Əsas mövzular