06:51 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Elnur Salayev

Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim SSRİ-də baş tutmuş Yay Olimpiya Oyunlarından danışır. Bu Oyunlar ən əlamətdar olimpiadalardan biri kimi idman tarixinə düşüb.

XXII Yay Olimpiya Oyunları 1980-ci il 19 iyul-3 avqust tarixlərində Sovet İttifaqında keçirilib. Bu olimpiada sosialist ölkəsində və Şərqi Avropa ərazisində keçirilən ilk oyunlar kimi tarixə düşüb.

O zaman SSRİ-dəki olimpiadanı boykot edən ölkələrin sayı az deyildi. Lakin bu, onun nailiyyətlər baxımından əhəmiyyətli olmasına mane olmayıb.

Yarışların 14 günü ərzində beş qitənin idmançıları 74 olimpiya, 39 Avropa və 36 dünya rekordu qırıblar.

Moskvadakı olimpiadada 25 ölkənin atletləri qızıl medal qazanıb, 36 dövlətin nümayəndəsi oyunların mükafatçısı olub.

Tərkibində Azərbaycandan idmançıların da olduğu SSRİ yığması 21 idman növü üzrə yarışlarda iştirak edərək 195 medal, o cümlədən 80 qızıl, 69 gümüş və 46 bürünc medal qazanıb, bununla da medal hesabında birinci yeri tutub.

Qeyd edək ki, sovet idmançıları 1980-ci ilin Oyunlarında təmsil olunan bütün idman növlərində medal qazanıblar.

Digər videolar

  • İnfoqrafika: Orta aylıq əməkhaqqı
    Last update: 23:17 26.11.2020
    23:17 26.11.2020

    Azərbaycanda orta aylıq əməkhaqqı artıb

    1 oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

    183
  • Last update: 11:00 24.11.2020
    11:00 24.11.2020

    Azərbaycanın xarici ticarət göstəriciləri

    İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.

    128
  • İnfoqrafika: yol qəzaları
    Last update: 17:48 21.11.2020
    17:48 21.11.2020

    Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası

    Ölkədə avtomobil qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında baş verib.

    162
  • İnfoqrafika: Sahibkarlara yardım
    Last update: 07:45 19.11.2020
    07:45 19.11.2020

    Azərbaycanda biznesin dəstəklənməsi

    İki mərhələdə həyata keçirilən maliyyə dəstəyi proqramından 130 mindən çox vergi ödəyicisi yararlanıb, ümumilikdə proqram 344 mindən çox vətəndaşı əhatə edib.

    1387

Əsas mövzular