Dövlət ümumtəhsil məktəblərində təhsil alan uşaqlar yeni dərslikləri sentyabrın 6-dək əldə edə biləcəklər. Təhsil Nazirliyi bu il 5,7 milyon nüsxəyədək yeni dərslik və metodiki vəsait çap edib.
Yeni dərsliklərin avqustun 25-dək yerli təhsili idarəetmə strukturları arasında paylanması nəzərdə tutulur. Məktəblilər yeni kitabları sentyabrın 6-dək təhsil aldıqları məktəblərdən əldə edə biləcəklər.
Yeni dərsliklərlə bağlı ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.