07:59 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
İnfoqrafika qırıcı
© Sputnik / Elnur Salayev

Sputnik Azərbaycan-ın təqdim etdiyi infoqrafikada "Su-57" və "F-35" döyüş təyyarələrinin əsas xüsusiyyətləri ilə tanış ola bilərsiniz

BAKI, 7 avqust — Sputnik. İyulun 12-də Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə start verilməsindən dərhal sonra Ankaranın Moskvadan başqa bir müasir silahı – "Su-57" döyüş təyyarələrini alacağına dair söz-söhbət dolaşmağa başlayıb. Səbəb isə hamıya bəllidir: "S-400"ün Türkiyəyə tədarükü ilə bağlı olaraq iyulun 17-də rəsmi Vaşinqton Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev iddia edir ki, Ankara tərəfindən alınmış zenit-raket kompleksləri ABŞ istehsalı olan "F-35" döyüş təyyarələri ilə birgə istifadə edilə bilməz. Vaşinqton ehtiyat edir ki, "F-35"in və "S-400"ün birgə istifadəsi halında təyyarənin gizli saxlanılan texniki və döyüş xüsusiyyətləri aşkara çıxacaq.

Qeyd edək ki, bir müddət öncə Türkiyə ABŞ istehsalı olan "Patriot" zenit-raket komplekslərini almaq niyyətində idi. Lakin sabiq prezident Barak Obamanın administrasiyasının bu kompleksləri Ankaraya satmaqdan imtina etməsindən sonra türklər "S-400"ə üz tutublar.

İyulun 24-də Birləşmiş Ştatların hərbi-sənaye korporasiyası "Lockheed Martin" Türkiyənin 2020-ci ildə "F-35" təyyarələrinin istehsalı üzrə proqramdan çıxarılacağını bəyan edib. Şirkətin icraçı direktoru Merilin Hevson bildirib ki, 2020-ci ilin martında "F-35" təyyarələrin hissələrinin Türkiyədə istehsalı dayandırılacaq və bu hissələrin istehsalı Birləşmiş Ştatlara köçürüləcək.

Belə olan halda Ankaranın "F-35" əvəzinə Rusiya istehsalı olan çoxyönümlü beşinci nəsil "Su-57" döyüş təyyarəsinə üz tutacağı ehtimalı daha da artır. Qeyd edək ki, Rusiyanın "Rostex" dövlət korporasiyanın rəhbəri Sergey Çemezov Ankaranın "F-35" proqramından çıxması halında ölkəsinin Türkiyəyə "Su-57" döyüş təyyarələrini satmağa hazır olduğunu bildirib.

"Rusiya istehsalı olan bu beşinci nəsil döyüş təyyarəsi heyrətamiz xüsusiyyətlərə malikdir..." - Çemezov Anadolu Agentliyinə deyib.

O, əlavə edib ki, təyyarələr artıq satışa hazırdır.

"Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş "Su-57" təyyarəsi "Т-50" şərti adı ilə də tanınır. Təyyarənin əsas üstünlüyü radara görünməməsidir. Onun əsas rəqibi Amerikanın "F-35" təyyarəsidir.

"Su-57"nin bu il istifadəyə veriləcəyi gözlənilir.

Sputnik Azərbaycan-ın təqdim etdiyi infoqrafikada "Su-57" və "F-35" döyüş təyyarələrinin əsas xüsusiyyətləri ilə tanış ola bilərsiniz.

Digər infoqrafikalar

Əsas mövzular