Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın qeyri-neft məhsullarının ixracı: Rəqəmlər

Abunə olmaq
Qeyri-neft məhsulları ixrac edən aparıcı dövlət şirkətlərinin reytinqinə Azərbaycanın energetika sektorundakı iki müəssisə rəhbərlik edir

Qeyri-neft məhsulları ixrac edən aparıcı dövlət şirkətlərinin reytinqinə ənənəvi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Bu idarə hər ay xaricə orta hesabla 14 milyon dollarlıq məhsul ixrac edir.

SOCAR-ın yaxın izləyicisi ölkənin enerji sistemini təmsil edən Azərenerji ASC-dir. Onun hər ay xarici bazarlara ixrac etdiyi elektrik enerjisinin dəyəri 12 milyon dollardır.

Azərbaycanın fəallıq müşahidə edilən digər ixrac sahəsi isə aqrar sektordur. İqtisadiyyatın qeyri-neft sektorundakı ixrac məhsullarının siyahısına kənd təsərrüfatı məhsulları liderlik edir. Bu barədə daha ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0