04:36 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
İnsanlar xəbərləri haradan öyrənməyi üstün tuturlar?
© Sputnik / Elnur Salayev

Sputnik Azərbaycan son zamanlar insanların xəbərləri haradan əldə etməyə üstünlük verdiyini öyrənmək məqsədilə sorğu keçirib.

İndi informasiya dövrüdür. Daha əvvəlki sənaye dövründə insanlar xəbərləri qəzetlər, televiziya və radiolar vasitəsilə əldə edirdilər. Amma internet-medianın, on-line nəşrlərin, müxtəlif informasiya saytlarının, sosial şəbəkələrin populyarlaşması insanların xəbəralma mənbələrini də dəyişdi. İndi adamlar qəzet, televiziya və radiolarla müqayisədə xəbərləri daha operativ çatdırmaq imkanı olan internet resurslarından əldə etməyə çalışırlar.

Sputnik Azərbaycan son zamanlar insanların xəbərləri haradan əldə etməyə üstünlük verdiyini öyrənmək məqsədilə sorğu keçirib. Respondentlərin böyük əksəriyyəti xəbərləri internet-mediadan izlədiklərini deyiblər. İkinci yerdə sosial şəbəkələr gəlib. Beləliklə, ənənəvi informasiya vasitələri yeni media ilə rəqabətdə geri qalır. İnsanların xəbərləri haradan öyrənməyə üstünlük verdiyi barədə sorğunun nəticələri ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Digər infoqrafikalar

Əsas mövzular