Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

"Dövlətli" ölkələr: kim daha varlıdır

Abunə olmaq
Dünya tarixində qızıl üstündə aparılan müharibələrin sayı az olmayıb

Qızıl ən qiymətli metallardan biridir. Bütün dünyada qızılın yüksək dəyərlə satılması və bundan gəlir götürülməsi hələ qədim zamanlardan başlayıb. 

Qızılın dəyərli olmasının səbəblərindən biri də, az tapılan bir metal olmasıdır. İnsanların sahib olmaq istədikləri bir maddə nə qədər azdırsa, dəyəri də o qədər artır. 

Beynəlxalq ticarətdə qızıl çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın, təxminən, 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Buna da ölkənin qızıl rezervi adı verilir. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur.

Sputnik Azərbaycan-ın infoqrafikasında müxtəlif ölkələrin qızıl ehtiyatlarının həcmi ilə tanış ola bilərsiniz.

Xəbər lenti
0