Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cəbiş müəllim 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti barədə

Abunə olmaq
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunur

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində yaradılan ilk parlamentli Respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin bünövrəsi 1918-ci il mayın 28-də Tiflisdə "İstiqlal bəyənnaməsi"nin qəbul edilməsi ilə qoyuldu. "İstiqlal bəyənnaməsi" Milli Şura tərəfindən 24 səslə qəbul edilmişdi.

1920-ci il aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri ölkəmizə daxil oldu və AXC 23 aylıq mövcudiyyətdən sonra süqut etdi.

Qısa ömrünə baxmayaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.

Xəbər lenti
0