07:11 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
HADİSƏ
Qısa URL
43 0 0

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

BAKI, 6 sentyabr — Sputnik. Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında meyiti tapılan​ 2 yeniyetmə qızla bağlı​ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.

Xatırladaq ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

FHN-in xəbərinə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bu gün daha bir bədbəxt hadisə baş verib. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb. K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Teqlər:
Ağdaş

Əsas mövzular