https://sputnik.az/20210902/Mit-zoraklnn-daha-bir-ac-nticsi---Krpsi-ln-ana-z-d-vfat-etdi-427833312.html
Baş Prokurorluq Səbaildə ana və balanın ölümü ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Səbaildə ana və balanın ölümü ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə... 02.09.2021, Sputnik Azərbaycan
2021-09-02T16:37+0400
2021-09-02T16:37+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
hadisə
qətl
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815804_714:614:2926:1858_1920x0_80_0_0_78370c778d5bdce2e5e6890fce176747.jpg
BAKI, 2 sentyabr — Sputnik. Baş prokurorkuq Səbail rayon sakinləri Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və vəfatı ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir:"Xəbər verildiyi kimi, avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək qeyd olunan həssas mövzu ilə bağlı etik və qanunvericilik normalarına riayət etməklə Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan hər hansı məlumatın yayılması hallarına yol verilməməsini tövsiyə edir".Xatırladaq ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər. Xatırladaq ki, dünyasını dəyişən qadının övladı ilə birgə özünü binadan atdığı söylənilsə də, A.Niftəliyevanın anası qızının bunu intihar məqsədilə etmədiyini iddia edib. Bununla bağlı Mehriban Süleymanova “Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək damdan atıldığını bildirib.Həmçinin oxuyun:Amansız qətl: qardaş dostu ilə birləşib, qardaşini öldürüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815804_598:583:2525:2029_1920x0_80_0_0_9523efcd7b93ff0f506d684ed9ac6a9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qətl, azərbaycan
xəbərlər, qətl, azərbaycan
Baş Prokurorluq Səbaildə ana və balanın ölümü ilə bağlı məlumat yayıb
16:37 02.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.
BAKI, 2 sentyabr — Sputnik. Baş prokurorkuq Səbail rayon sakinləri Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və vəfatı ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir:
"Xəbər verildiyi kimi, avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək qeyd olunan həssas mövzu ilə bağlı etik və qanunvericilik normalarına riayət etməklə Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan hər hansı məlumatın yayılması hallarına yol verilməməsini tövsiyə edir".
Xatırladaq ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.
Xatırladaq ki, dünyasını dəyişən qadının övladı ilə birgə özünü binadan atdığı söylənilsə də, A.Niftəliyevanın anası qızının bunu intihar məqsədilə etmədiyini iddia edib. Bununla bağlı Mehriban Süleymanova “Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək damdan atıldığını bildirib.