https://sputnik.az/20210806/pati-narkotik0emeliyyat-427640683.html
Ağ ölümü yayanlar "köhnə dostları"nı da unutmurlar: patı hamısını unutdurmuşdu
Ağ ölümü yayanlar "köhnə dostları"nı da unutmurlar: patı hamısını unutdurmuşdu
Sputnik Azərbaycan
Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı V.Əliyevdən iki büküm və Ə.Əliyevdən səkkiz büküm narkotik maddə olan heroin, N.Əsgərovdan isə təmiz çəkisi... 06.08.2021, Sputnik Azərbaycan
2021-08-06T23:12+0400
2021-08-06T23:12+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
narkotik
narkotacir
polislər
əməliyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42366/60/423666017_0:201:1920:1281_1920x0_80_0_0_34f80ce09731928d8c97bdd00c63b93b.jpg
BAKI, 6 avqust — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında həyata keçirilən tədbirlər zamanı Yevlax rayon sakinləri Vahid Əliyev, Əli Əliyev və Namiq Əsgərov saxlanılıblar.Saxlanlan şəxslərin üzərinə keçirilən baxış zamanı V.Əliyevdən iki büküm və Ə.Əliyevdən səkkiz büküm narkotik maddə olan heroin, N.Əsgərovdan isə təmiz çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Ramil Abdullayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə - heroin aşkarlanıb. Dindirilmə zamanı R.Abdullayev narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq Ramil Abışov da saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı 5 büküm heroin aşkarlanaraq götürülüb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.Beyləqan sakinindən "patı" və heroin aşkarlandıBeyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm "patı" adlanan psixotrop maddə - metamfetamin, dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.Tərtərdə "patı" əməliyyatı həyata keçirilibDİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 33 yaşlı Rəşad Mehdiyev saxlanılıb.Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.Eləcə də oxuyun:Narkotik intiharı və polisin müqaviməti: Kim kimi yenəcək?Polis bölgələrdə narkotiklərlə mübarizə çərçivəsində əməliyyat keçirib - saxlanılanlar varAzərbaycan sərhədçilərini öldürən İran vətəndaşlarının cinayət işi məhkəməyə göndərilibSiyəzən sakini təcridxanada ölüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42366/60/423666017_0:0:1708:1281_1920x0_80_0_0_b94f40b4a8558e56ee538b7d43f6745c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, narkotik, narkotacir, polislər, əməliyyat, azərbaycan
xəbərlər, narkotik, narkotacir, polislər, əməliyyat, azərbaycan
Ağ ölümü yayanlar "köhnə dostları"nı da unutmurlar: patı hamısını unutdurmuşdu
23:12 06.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı V.Əliyevdən iki büküm və Ə.Əliyevdən səkkiz büküm narkotik maddə olan heroin, N.Əsgərovdan isə təmiz çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb
BAKI, 6 avqust — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında həyata keçirilən tədbirlər zamanı Yevlax rayon sakinləri Vahid Əliyev, Əli Əliyev və Namiq Əsgərov saxlanılıblar.
Saxlanlan şəxslərin üzərinə keçirilən baxış zamanı V.Əliyevdən iki büküm və Ə.Əliyevdən səkkiz büküm narkotik maddə olan heroin, N.Əsgərovdan isə təmiz çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Ramil Abdullayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə - heroin aşkarlanıb. Dindirilmə zamanı R.Abdullayev narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Ramil Abışov da saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı 5 büküm heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Beyləqan sakinindən "patı" və heroin aşkarlandı
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm "patı" adlanan psixotrop maddə - metamfetamin, dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Tərtərdə "patı" əməliyyatı həyata keçirilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 33 yaşlı Rəşad Mehdiyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.
Narkotik intiharı və polisin müqaviməti: Kim kimi yenəcək?
Polis bölgələrdə
narkotiklərlə mübarizə çərçivəsində əməliyyat keçirib - saxlanılanlar var