Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Füzulidəki yanğın vəzifəli şəxsləri toplanmağa vadar etdi

© AFP 2024 / MENAHEM KAHANAПожар на пшеничном поле, фото из архива
Пожар на пшеничном поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
İşğaldan azad olunmuş ərazilərdə yanğınların qarşısının alınması və bu istiqamətdə aidiyyəti qurumların səylərinin birləşdirilməsi məsələləri işçi qrupların iclasında müzakirə olunub.

 

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi Qrupu ilə Ekoloji məsələlər üzrə İşçi Qrupunun birgə iclası keçirilib.

Mərkəzdən Sputnik Azərbaycan-a bildirilib ki, iclasda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibi xidmətinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

İşğaldan azad olunmuş ərazilərdə yanğınların qarşısının alınması və bu istiqamətdə aidiyyəti qurumların səylərinin birləşdirilməsi məsələləri də iclasda müzakirə olunub, yanğınların qarşısının alınması üçün hərbi qulluqçular və mülki işçilər arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasının, təbliğat işlərinin intensivləşdirilməsinin və bu tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakının genişləndirilməsinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bu ərazilərdə yerləşən hərbi hissələri, müvafiq dövlət orqanları və təşkilatlar arasında məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Füzulidə minalanmış ərazidə yanğın

İyunun 30-da Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi baş verib. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0