04:50 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
HADİSƏ
Qısa URL
Azərbaycanda toylar (40)
22 0 0

Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumlar tərəfindən gündəlik monitorinqlər davam etdirilir.

 

BAKI, 24 iyul — Sputnik. Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a bildiriblər ki, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində üç fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki söhbətlər aparılıb. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Ağcabədi rayonunda isə şadlıq sarayında keçirilən toyda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Şənlik mərasimlərini qaydalara uyğun keçirmək vacibdir

Qeyd edək ki, şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub. Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) düzgün daxil edilməldir. Şənlik və məkan sahibləri müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl etməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər. 

Eləcə də oxuyun:

Mövzu:
Azərbaycanda toylar (40)
Teqlər:
toy, karantin, qayda pozuntusu, Beyləqan, Ağcabədi

Əsas mövzular