03:05 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
HADİSƏ
Qısa URL
66 0 0

Güclü yağışın ardından yaranan sel Məhsəti qəsəbəsində 10-dan artıq evə dolub. Goranboyda isə üç kənd işıqsız qalıb.

BAKI, 7 iyul — Sputnik. Gəncədə güclü yağış Məhsəti qəsəbəsində fəsadlar törədib. Sputnik Azərbaycan xəbər verir ki, güclü yağışın ardından yaranan sel Məhsəti qəsəbəsində sakinlərin həyətinə dolub. Qəsəbədə bir neçə küçədə hərəkət çətinləşib.

  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Gəncədə yağışın fəsadları

Sakinlər bildiriblər ki, güclü yağış yağan kimi qəsəbədə hərəkət iflic olur. Adiyyatı qurumlara müraciət etsələr də onların köməyinə çatan olmur. Küçələrdən axan palçıq, lil qatı günlərlə gediş-gəlişə mane olur. Qeyd edək ki, ötən ay yağan güclü yağış Məhsəti qəsəbəsində eyni vəziyyət yaratmışdı.

Bu gün həmçinin Goranboyun turizm bölgəsi olan Aşağı Ağcakənd qəsəbəsinə yağan güclü yağış da selə səbəb olub. Dağlardan axıb gələn sel suları adıçəkilən qəsəbənin küçələrindən sanki iti çay axırmış kimi keçib. Təbiət hadisəsi zamanı Yeganə Həsənovanın yaşadığı evin həyətinə su dolub, bir neçə ev quşu tələf olub. Lilli, palçıqlı sel suları qəsəbənin yollarını yararsız hala salıb.

Qeyri-sabit hava şəraiti rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaradıb. Güclü çaxan şimşək elektrik naqilinin üzərinə düşüb və nəticədə bir neçə yaşayış məntəqəsinə enerji verilişi dayanıb. Gecə saatlarında yaşayış məntəqələrinə enerji verilişi bərpa edilib. Qeyri-sabit hava şəraiti davam edir.

Xatırladaq ki, ölkənin qərbində yağan yağışlar Zaqatalada da fəsadsız ötüşməyib. Sel iki kəndin içməli su xəttini sıradan çıxarıb, ikisi azyaşlı olmaqla isə beş nəfərlik bir ailə isə seldə boğulmaqdan son anda qurtulub.

Eləcə də oxuyun:

Teqlər:
sel, leysan, Gəncə

Əsas mövzular