Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balakəndə polis əməkdaşı xidməti silahla özünü niyə vurub?

© Sputnik / Murad OrujovСотрудник полиции в Баку
Сотрудник полиции в Баку - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

BAKI, 21 iyun — Sputnik. Balakəndə xidməti silahı ilə özünü vuran Rayon Polis Şöbəsi əməkdaşı Tural Əliyevin intihar səbəbinə dair ilkin ehtimallar meydana gəlib. Mərhumun tanışları Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, onun özünə məxsus evin sənədləşdirilməsi ilə bağlı ciddi sıxıntıları olub.

Belə ki, Əliyev evin sənədlərini qaydaya salmaq üçün məhkəməyə müraciət edib. Lakin məhkəmə onun əleyhinə qərar çıxarıb. Bu məsələ Tural Əliyevə ciddi təsir göstərib və onu depressiv vəziyyətə salıb.

İntiharın əsl səbəbinin isə nə olduğu hələlik məlum deyil. 

Hazırda intiharın səbəbləri araşdırılır. Balakən Rayon Prokurorluğu tərəfindən intihar faktı ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

19:44

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

Xəbər lenti
0