Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bərdədə anası tərəfindən azyaşlıya qarşı vəhşilik: 7 yaşlı Ömər xəstəxanalıq oldu

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Hadisə şahidinin sözlərinə görə, uşağa qarşı ilkin zorakılıq heç bir şəxsin təsiri olmadan anası tərəfindən törədilib.

BAKI, 23 may - Sputnik, Emin Əlisahib. Bərdə rayonun H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binasında azyaşlıya qarşı zorakılıq hadisəsi qeydə alınıb. Rayon sakini Ömər Nəbizadə yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətini kafi qiymətləndirir.

Azyaşlının sözlərinə görə, anası Həsənova Raya İlham qızı oğurluq üstündə onun qollarına qızdırılmış qaşıq basıb. “Anam qaşığı qızdırb əllərimi və qollarımı dağlayıb”.

Zərərçəkən anasının bu hərəkəti tək törətmədiyini bildirib. Ömər deyir ki, o, bu hərəkəti qeyri-rəsmi yaşadığı şəxsin göstərişi ilə həyata keçrib. “Mahmud deyə biri var, zəng edib anama dedi ki o, oğurluq etdiyinə görə onun əllərini dağla, axşam mən özüm gəlib onun dərsini verəcəyəm”.

Azyaşlının sözlərinə görə o, məsələdə adı hallanan Mahmud Mehralıyev tərəfindən dəfələrlə zorakılığa məruz qalıb:

“Anamla Mahmud məni harasa göndərirdi nə isə tapıb gətirə bilməyəndə və tapşırıqlarını yerinə yetirə bilməyəndə məni davamlı oıaraq döyürdülər. Qolumdakı bu izi görürsünüz, bunu ağacla vurublar. Bunu Mahmud edib”.  

Raya Həsənovanın xalası, Sevinc Fərəcova da baş verən hadisəni təsdiq edib: “Bacım qızı Raya, övladı Öməri marketdən çöplü şirə oğurladığına görə evə gələndə döyüb. Döydükdən sonra qeyri-rəsmi yaşadığı Mahmuda zəng edib, olanları danışıb”.  

Hadisə şahidinin sözlərinə görə, uşağa qarşı ilkin zorakılıq heç bir şəxsin təsiri olmadan anası tərəfindən törədilib.

“Ana uşağa fiziki güc tətbiq edərək döydükdən sonra qeyri-rəsmi yaşadığı şəxsə zəng edərək olanları danışıb. Mahmud da ona uşağın əlini yandırmasını deyib. O da uşağın əlini yandırıb və döyüb. Döyülmə bir neçə dəfə olub. Uşağın bədənində bir neçə köhnədən qalma izlər var. Polis də bunu gördü”.

Hadisə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Azyaşlının anası Raya Həsənova polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbər lenti
0