23:41 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
HADİSƏ
Qısa URL
110

1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik, Leyla Abdullayeva. Qubada iki qardaşın Qudyalçaya düşməsinin və birinin həlak olmasının təfərrüatı bəlli olub.

Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Qəçrəş yolu adlanan yaşayış massivində baş verib. Kəndin meşəlik ərazisində bir nəfər özünü hündürlükdən ataraq intihar edib. 

İlkin araşdırma nəticəsində aydın olub ki, intihar edən şəxs Quba şəhər sakini, A.Əhmədov küçəsi 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayevdir. R. İsayevin 2019-cu ildə  arvadı Firuzə Firuz qızı Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş həyat yoldaşının uşağını ona göstərmədiyi bildirilir.

Bu səbəbdən ciddi narahatlıq keçirən Ruslan İsayev bu gün "Qəçrəş yolu" adlanan meşəlik ərazidə qardaşı İsa ilə dərdləşərkən özünü qəflətən hündürlükdən atıb. Ruslan İsayev aldığı xəsarətdən yerindəcə keçinib. Onun hadisədən öncə "Go" markalı spirtli enerji içkisi qəbul etdiyi də deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsilə cinayət işi açılıb.

 

--------

19:34

Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba

Əsas mövzular