11:56 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
2017

“Energetiklər qəsəbəsindən axan kanaldan daşan sel suları 20-yə yaxın sakinə ziyan vurub. Qamış, zibillə dolan kanal sel sularını götürmədiydən çətin vəziyyət yaranıb”.

 

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Güclü yağış Mingəçevirdə fəsadlar törədib. Sputnik Azərbaycan xəbər verir ki, şəhərin Energetiklər qəsəbəsinin Bozdağ və Kənar küçələrində sakinlərin həyətlərinə sel suları dolub. Həmin küçədən axan kiçik kanal qamış və zibillə dolduğundan oradan daşan sel suları yaxınlıqdakı evlərə, həyətlərə axıb. Fatma Məmmədova gecə saatlarından güclənən yağışdan sonra həyətinə sel sularının dolduğunu bildirib:

“Yağış aramsız yağdığından evin yaxınlığından axan kanal sel sularını götürə bilmədi. Daşdı həytimizə, zirzəmiyə doldu. Çox təhlükəlidir, evi uçuracaq. Həyətdə qayıq lazımdır hərəkət etməyə. Aidiyyatı qurumlara məlumat vermişik, hələ ki bir xəbər yoxdur. Bu kanal buradan ləğv olunmalı, ya da istiqaməti dəyişdirilməlidir. Hər il bizə belə çətinlik yaradır”.
  • Mingəçevirdə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə yağışın fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə yağışın fəsadları

Energetiklər qəsəbəsində yaşayan sakinlər bildirirlər ki, yaz yağışları başlayan kimi burada belə vəziyyət yaranır. Kanal torpaq olduğundan qamış basır, o da təmizlənmədiyindən suyu çəkib apara bilmir. Şəhər sakini Nurəddin Rzayev Sputnik Azərbaycan-a bildirib ki, ona məxsus həyətə dolan sel suları tikinti materiallarını məhv edib:

“Həyətdə tikinti aparırdıq, gecə qəfil başlayan yağış nəticəsində həyətimiz sel suları ilə doldu. Kanal suyu götürə bilmədiyindən hamısı qonşulara, bizim həyətə axdı. Mənə xeyli ziyan dəyib, tikinti materiallarım zay oldu. Çox xahiş edirəm, aidiyyatı qurumlar bu məsələyə bir çarə tapsınlar”.

Mövcud vəziyyətlə bağlı sakinlər adiyyatı qurumlara məlumat veriblər. Onlar bildirirlər ki, illərdir bu ünvanda yağış, sel suları belə vəziyyət yaradır.

Teqlər:
yağış, sel, Mingəçevir

Əsas mövzular