Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Kristal Abşeron"un binasında dəhşət: 20 yaşlarında fəhlə sanki şişlənib - FOTO

© Sputnik / Zulfiyya GuluyevaBakıda hadisə
Bakıda hadisə - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
20 yaşlarında gənc yerdə dikinə vəziyyətdə olan armatura keçib və aldığı xəsarətdən yerindəcə həyatını itirib, yükqaldırıcıdakı ikinci fəhlə isə ağır yaralanıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakının Səbail rayonu Neftçi Qurban küçəsində çoxmərtəbəli binanın tikintisi zamanı qəza baş verib. Yuxarı mərtəbəyə yük qaldıran qurğunun qırılması nəticədə tikintidə işləyən fəhlələrdən biri ölüb, bir nəfər isə yaralanıb.

Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza təxminən  saat 15:07-də Neftçi Qurban küçəsi 29 ünvanında yerləşən "Kristal Abşeron"un tikintisi davam edən yaşayış binasında baş verib.

© Sputnik / Zulfiyya GuluyevaBakıda ölümlə nəticələnən faciənin baş verdiyi bina
Kristal Abşeronun binasında dəhşət: 20 yaşlarında fəhlə sanki şişlənib - FOTO - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Bakıda ölümlə nəticələnən faciənin baş verdiyi bina

Müxbirimiz hadisə yerində olarkən əraziyə heç kim buraxılmırdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunmuşdular. Ancaq nə polislər, nə də şirkətin əməkdaşları baş verənləri şərh etmək istəməyiblər.

Hadisənin şahidi Ceyhun Rəhimoğlunun sözlərinə görə, yükqaldırıcının üzərində binanın üzlüyünü vuran fəhlələr trosun qırılması nəticəsində yıxılıblar. Bir nəfər 20 yaşlarında gənc yerdə dikinə vəziyyətdə olan armatura keçib və aldığı xəsarətdən yerindəcə həyatını itirib. Yükqaldırıcıdakı ikinci fəhlə isə ağır yaralanıb: "Tros qırıldı, düşdülər, yük səbətinin altında qaldılar. Təcili yardım maşını gəldi. Bir nəfərin qolu-ayağı sınmışdı, ağır vəziyyətdə apardılar".

© Sputnik / Zulfiyya GuluyevaCeyhun Rəhimoğlu
Kristal Abşeronun binasında dəhşət: 20 yaşlarında fəhlə sanki şişlənib - FOTO - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Ceyhun Rəhimoğlu

Hazırda jurnalistlər hadisə ilə bağlı açıqlama almaq üçün əraziyə səlahiyyətli şəxslərin gəlməsini gözləyirlər.

* Qeyd: Həlak olan fəhlənin fotosunu etik səbəblərdən yayımlamırıq.

Xəbər lenti
0