18:32 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
HADİSƏ
Qısa URL
11 0 0

Sahibləri iti veterinara aparıb. Lakin həkim ailə üzvlərinin ən pis nəticələrə hazır olmasını xahiş edib və Malayziyada heyvanlar üçün ilan zəhərindən zərdabın olmadığını bildirib.

BAKI, 5 aprel — Sputnik. Malayziyanın Taypin şəhərində "Xaski" cinsindən olan it sahiblərini kobra ilanından xilas edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Dai Bao adlı it sakini olduğu evə zəhərli ilanın yaxınlaşdığını görüb və sahiblərini ilandan xilas etməyə cəhd edib. Lakin ilan ona ciddi yaralar vuran iti sancmağa imkan tapıb.

İtin sahibi - Yep adlı xanım bildirib ki, ailə iti 2019-cu ildə sığınacaqdan götürüb. Həmin vaxt "Xaski" cinsindən olan itin 3-4 yaşı olub. İt çox arıq olub və dəri xəstəliklərindən əziyyət çəkib. Lakin ailə üzvlərinin qayğısı nəticəsində Dai Bao adını verdikləri it sağalıb və normal həyata qayıdıb.

Martın 20-də Yepin qızı itin hürdüyünü eşidərək həyətə çıxıb və onun ağzında ilan olduğunu görüb. "Dai Bao çənəsini boşaltdı və yaralı ilan yerə düşdü. Dai Baonun burnu qan içində idi. Çox güman ki, kobra onu dişləmişdi", - deyə qız bildirib.

İlanı zərərsizləşdirdikdən sonra sahibləri iti veterinara aparıb. Lakin həkim ailə üzvlərinin ən pis nəticələrə hazır olmasını xahiş edib və Malayziyada heyvanlar üçün ilan zəhərindən zərdabın olmadığını bildirib. Nəticədə it həlak olub.

Bir müddət əvvəl, Avstraliyanın Kvinslend şəhərində bir pişiyin öz həyatı bahasına sahiblərini ilandan xilas etdiyi barədə xəbər yayılıb. Həmin hadisə zamanı da ev heyvanı dərhal sürünənin üzərinə hücum edərək onu öldürüb. Lakin ilan son nəfəsində pişiyi sancmağa müvəffəq olub.

Əsas mövzular