15:35 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
HADİSƏ
Qısa URL
36 0 0

“Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batıb.

BAKI, 28 mart - Sputnik. Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının dayaz yerində ilişib qalmış “Ever Given” konteyner gəmisinin boşaldılması barədə göstəriş verib.

“Report” “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bunu kanalın administrasiyasının başçısı Üsami Rabea bildirib.

Onun sözlərinə görə, Misir prezidenti birinci və ikinci ssenarini gözləmədən üçüncü ssenariyə hazırlaşmağı əmr edib. Belə ki, üçüncü ssenari gəmini batdığı yerdən çıxarmaq üçün konteynerləri boşaltmaqdır:

“18 min konteynerin bir hissəsini boşaltmaq üçün xüsusi texnikaya ehtiyac var. Davam edən işlərə baxmayaraq ölkə prezidenti texnikaların istifadəsinə icazə verib”.

Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batıb.

Məlumata görə, Süveyş kanalından keçmək üçün 276 gəmi növbə gözləyir.

Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.

Əsas mövzular