04:54 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
HADİSƏ
Qısa URL
12 0 0

Cinayətkarlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

BAKI, 23 mart - Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu Rusiya Federasiyasının Baş Prokurorluğunun qonşu ölkənin ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunmaları barədə sorğusunu təmin edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilir ki, Kələntərov Emil Ağa-Xəlil oğlunun qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə, bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində beynəlxalq axtarış elan edilib. Onların yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

Teqlər:
Azərbaycan, Rusiya, ekstradisiya, cinayət

Əsas mövzular