13:34 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
HADİSƏ
Qısa URL
7501

Kürdəmirdə ağır qəza zamanı xəsarət alanlardan ikisi uşaqdır. Onlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Kürdəmirdə yol qəzası zamanı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun  Kürdəmirdən  keçən ərazisində baş verib. İlkin məlumata görə, Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Cəfərov "VAZ 2106" markalı avtomaşınla yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

© Sputnik / Rashad Keremoglu
Kürdəmirdə yol-nəqliyyat hadisəsi

Avtomobildə olan sərnişinlərdən biri - Ağsu rayon sakini, 56 yaşlı İrayə Cəfərova hadisə yerində ölüb. Digər sərnişinlər - Ağsu rayon sakinləri, 34 yaşlı Mehriban Cəfərova, Sona Qasımova və azyaşlılar - Pünhan Mənsur oğlu Zəhra Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı YPX tərəfindən araşdırma aparılır.

Teqlər:
yaralılar, ölən, uşaqlar, Bakı-Qazax yolu, Kürdəmir, qəza

Əsas mövzular