08:37 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
HADİSƏ
Qısa URL
6 0 0

N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib

 

BAKI, 12 mart — Sputnik. Polislər yaşı 100-150 il olan balabanlarını itirən Prezident təqaüdçüsü olan gənc ifaçının musiqi alətlərini taparaq özünə qaytarıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. 

Bir neçə gün əvvəl Prezident təqaüdçüsü, balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.

Bundan sonra N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan, amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib. Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb.  

Teqlər:
Bakı, Səbail, polis, musiqi aləti

Əsas mövzular