Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Aranın qışı sona düşdü, Mingəçevirdə yağan qar fəsadlar törətdi - FOTOLAR

© Sputnik / Rahim MammadovMingəçevirdə qardan sonra vəziyyət
Mingəçevirdə qardan sonra vəziyyət - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
“Şəhərin bir neçə ünvanında iri gövdəli ağaclar aşıb, elektrik enerji verilişində fasilələr yaranıb.”

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Mingəçeviri əhatə edən Bozdağ silsiləsi, şəhərin özü ağ örpəyə bürünüb. Gecədən yağan qar, külək ölkənin 4-cü böyük şəhərində fəsadlar da törədib. İri gövdəli ağaclar aşıb, bir neçə ünvanda elektrik enerjisi verlişində fasilələr yaranıb. Qışı mülayim keçən şəhərdə mart ayında qar yağması yerli sakinlərin də təccübünə səbəb olub. Şəhər sakini Xavər Sadıqova Sputnik Azərbaycan-a bildirib ki, gecə güclü külək, ardından qar yağmağa başlayıb:

“Səhər durub eyvana çıxdım ki, hər yer qardır. Düzdür, qarı da istəyirik, amma işıqlar sönüb, bir neçə yerdə ağaclar qırılıb. Gecə güclü külək var idi, soradan qar yağmağa başladı. Mart ayında Mingəçevirə qar yağması təəccüblüdür. Yaz fəslinə az qalıb, belə vaxtlarda daha çox yağış yağır bura. Qonşum dedi ki, ağac aşıb elektrik xətlərinin üzərinə, məndə bazara gələndə bir neçə yerdə gördüm iri gövdəli ağaclar kökündən qopmuşdu”.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qardan sonra vəziyyət - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qardan sonra vəziyyət - Sputnik Azərbaycan
2/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qardan sonra vəziyyət - Sputnik Azərbaycan
3/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qardan sonra vəziyyət - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Səhər saatlarından Mingəçevirdə hava mülayimləşdiyindən qar əriməyə başlayıb. Bu səbəbdən yollarda avtomobillərin gediş-gəlişində hər hansı çətinlik yaranmayıb. Bəzi şəhər sakinləri isə Mingəçevirə yağan mart qarının dadını da çıxarmağa çalışıblar. Böyükdən kiçiyə hər kəs qartopu oynayıb, qar adamı düzəldiblər.

 

Xəbər lenti
0