BAKI, 7 mart — Sputnik. Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.
İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub. Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.