23:07 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
HADİSƏ
Qısa URL
2410

İttihama görə, audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib

BAKI, 9 fevral - Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, S.Ələkbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.

S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinib.

İttihama görə, poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.

Teqlər:
həbs, poçt şöbəsi, rəis, Bakı

Əsas mövzular