07:27 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
HADİSƏ
Qısa URL
30 0 0

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

BAKI, 7 fevral - Sputnik. Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. 

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. 

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır. 

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular