22:47 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
HADİSƏ
Qısa URL
15301

Hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görən valideynlər dəm qazından zəhərlənərək vəfat ediblər

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 29 yanvar - Sputnik. Qusarın Qayakənd yaşayış məntəqəsində faciə baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qayakənd sakinləri olan ər-arvad dəm qazından boğularaq həyatlarını itiriblər. Hadisə yanvarın 28-də gecə saatlarında baş verib. Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadıqları evin hamamında çimərkən dəm qazından boğulublar. Ər-arvadın cansız bədənlərini axşam saatlarında işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib. 
Hadisə  yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın dəm qazından boğulmadan keçindikləri qənaətinə gəliblər.
Onu da qeyd edək ki, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına gedəcəklərmiş.

Teqlər:
Qusar, hərbçi, boğulma, dəm qazı, valideynlər, ölüm

Əsas mövzular