16:39 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
HADİSƏ
Qısa URL
89 0 0

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 12 yanvar — Sputnik. Yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular