04:49 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
20 0 0

Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Səfurə Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir

 

BAKI, 26 dekabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin bu gün məhkəməsi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, DTX istintaq orqanının vəsatəti əsasında prokuror təqdimat verərək S.Əlizadənin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Təqdimata bu gün Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Səfurə Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Səfurə Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

Teqlər:
prokuror, DTX, məmur, XİN, Safura Əlizadə, ata, müğənni, məhkəmə

Əsas mövzular